Ağ Ev ABŞ prezidenti Donald Trampın jurnalistlər qarşısında çıxış edəcəyini elan edib. Dövlət başçısının cədvəlinə əsasən, tədbir yerli vaxtla 3 dekabr saat 14:30-da (Bakı vaxtı ilə 23:30-da) baş tutacaq.
Amerika prezidentinin brifinqi Oval kabinetdə keçiriləcək. Müraciətin mövzusu açıqlanmır.
Öncəki gün Donald Tramp Nazirlər Kabinetinin iclasını keçirib. Görüşdə ABŞ-nin Venesuelada narkotrafiklə əlaqəli qruplara qarşı həyata keçirdiyi quru əməliyyatları, eləcə də Rusiya–Ukrayna münaqişəsi müzakirə olunub.







