21 C
Baku
Friday, April 26, 2024

Donald Tramp Çin lideri ilə münasibətlərinin pozulduğunu açıqlayıb

“Koronavirus pandemiyasının yayılması ilə Çin lideri Si Cinpinlə aramız bir qədər pozuldu”.

“Reuters” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

O, çinli həmkarı ilə uzun müddətdir danışmadığını deyib: “Si Cinpin ilə gözəl münasibətlərimiz vardı (burada ötən il imzalanan ticarət sazişi nəzərdə tutulur – red.). Ona rəğbətim var, amma artıq eyni şeyi hiss etmirəm”.

Ağ Ev rəhbəri bu dəyişikliyin koronavirus pandemiyası zamanı ortaya çıxdığını da vurğulayıb.

MənbəReport.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər