“Çin Xalq Respublikasının sədri Si Szinpin “Böyük-20”lik (“G-20”) liderlərinin sammitinə gəlməzsə, onlara təcili olaraq yeni rüsumlar tətbiq edəcəyik”.
CNBCyə istinadən, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, Çin sammitə qatılmazsa, rəsmi Pekinə yeni rüsum tətbiq etməkdən çox məmnun olacaqlar.
Qeyd edək ki, iyunun 29-da Yaponiyanın Osaka şəhərində “G-20”liyin sammiti keçiriləcək. Bir müddət əvvəl Çin rəhbərliyinin bu tədbirdə iştirak etməyəcəyi barədə xəbər yayılıb.
Report