ABŞ prezidenti Donald Tramp, Çini ticarət müqaviləsini ləğv edəcəyi ilə hədələyib. Onun sözlərinə görə, Pekin koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, Çin və ABŞ yanvar ayında ticarət müqaviləsinin ilk mərhələsini imzaladılar. Müqavilənin şərtlərinə görə, Çin ABŞ-dan 200 milyard dollar dəyərində kənd təsərrüfatı mallarını almalıdır.
“Əgər Çin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, bu müqaviləni ləğv edəcəyəm”, – Tramp Ağ Evin gündəlik mətbuat konfransında bildirib.
“Heç kim mənim qədər Çinə qarşı qəddar olmayıb”, – prezident vurğulayır. Onun sözlərinə görə, Çin illərdir ABŞ-ı qarət edir.