FED-dən kömək gözləmədən Tramp dolları zəiflətmək qərarına gəlib.
Banker.az xəbər verir ki, Amerika valyutası prezidentin bəyanatından sonra kəskin şəkildə ucuzlaşıb.
Donald Tramp “Twitter” də “ABŞ-ın ən böyük düşməni kimdir? Çin, yoxsa FED?” sualını ortaya qoyaraq, məsələ ilə bağlı tezlikdə qərar verəcəyini bildirib.
Bu sözlər ABŞ-ın dolları zəiflətmək məqsədilə valyuta bazarında həyata keçirəcəyi müdaxilələr kimi qəbul edilib.
ABŞ üçün digər səbəblərdən biri də Çinin “valyuta manipulyatoru” adını almasıdır.
Aparıcı valyutalar arasında dollar kəskin şəkildə ucuzlaşıb.

Nəticədə, dünya bazarlarını güclü panika bürüyəcək.
Xatırladaq ki, daha əvvəl Çin “ABŞ-ın müdaxilələri bazar çaxnaşmalarına və neqativ siyasi nəticələrə” gətirib çıxaracığını bildirmişdir.
Qeyd etmək lazımdır ki, yuan dollara münasibətdə ucuzlaşır.








