13 C
Baku
Saturday, April 27, 2024

Donald Tramp: “Faiz dərəcəsi ən azı 100 punkt endirilməlidir!”

ABŞ prezidenti Donald Tramp, “Twitter”-də Federal Ehtiyatlar Sisteminə müraciət edərək faiz dərəcəsini 1%-ə qədər endirməyi və kəmiyyət yumşaltma proqramına başlamağı tələb edib.

Banker.az xəbər verir ki, “FED-in müəyyən etdiyi faiz dərəcəsi ən azı 100 punkt endirilməlidir. Bu baş versə, iqtisadiyyatımız daha da yaxşı olacaq və bu, hər bir kəsi xoşbəxt edəcəkdir!”.

Xatırladaq ki, son dəfə FED faiz dərəcəsini 2-2,5%-ə qədər azaltmışdır. Bu, 2008-ci ilin sonunda bəri ilk dəfə idi. Mərkəzi Bankın bu qərarı verməkdə əsas məqsədi qlobal böyümənin yavaşladığı və dünya ticarətində, o cümlədən Çin ilə qarşıdurmalar fonunda ABŞ iqtisadiyyatına dəstək verməkdir. Buna baxmayaraq, ABŞ-da baş verə biləcək geriləmə ilə bağlı narahatlıqlara görə indekslərin çökməsi qeydə alınmışdır.

ABŞ mətbuatının verdiyi məlumata görə, bu hadisədən sonra Donald Tramp ölkənin aparıcı bankları olan “JP Morgan”, “Bank of Amerika” və “Cirigroup”-un rəhbərləri ilə görüşüb. Bankirlər cavab olaraq bildiriblər ki, Çin ilə ticarət qarşıdurması da daxil olmaqla bir sıra məsələlər öz həlli yolunu tapsaydı, vəziyyət daha yaxşı ola bilərdi.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər