29 C
Baku
Thursday, July 25, 2024

Donald Tramp FED-i özünə əsas təhlükə hesab edir

Amerika lideri Donald Tramp Federal Ehtiyat Sistemi (FED) tərəfindən aparılan baza faiz dərəcəsinin qaldırılması siyasətini prezident postunda öz uğurları üçün əsas təhlükə hesab edir.

“Mənim üçün ən böyük təhlükə Federal Ehtiyat Sistemidir. Çünki FED faiz dərəcəsini çox tez-tez qaldırır”, – deyə o, müvafiq suala cavab verərkən bildirib.

Tramp qeyd edib ki, FED müstəqil qurumdur, ona görə də, o, tənzimləyicinin siyasətinə qarışmır.

Banker.az Report-a istinadən xəbər verir ki, o bunu “Fox Business” telekanalına müsahibəsində deyib.

Bununla belə Tramp istənilən halda FED-in hazırkı siyasətindən narazı olduğunu bildirib:

“Mən heç kimi günahlandırmıram, onları ora mən təyin etmişəm”.

ABŞ prezidenti həmçinin əlavə edib ki, ümumilikdə FED-in rəhbər vəzifələrinə təyin etdiyi şəxslərdən razıdır, lakin onların aralarında istisnalar da var.

FED sentyabrın 26-da baza faiz dərəcəsini növbəti dəfə qaldırıb.

Son xəbərlər
Digər xəbərlər