15 C
Baku
Friday, April 26, 2024

Donald Tramp: “Hong Kongdakı zorakılıq ticarət razılaşmasına mane ola bilər”

ABŞ prezidenti Donald Tramp, Hong Kongdakı etirazçılara qarşı güc tətbiq edilməsinin ABŞ və Çin arasında ticarət razılaşmalarının əldə edilməsinə mənfi təsir göstərə biləcəyini söyləyib.

Banker.az xəbər verir ki, “Çox istərdim ki, Hong Kongdakı hadisələr sülh yolu ilə həll olunsun… Bu, müzakirə etdiyimiz saziş baxımından çox yaxşı olardı”, – prezident qeyd edir.

Amerika lideri Çin rəhbərliyinin Hong Kongdakı vəziyyətin sülh yolu ilə həllinə nail ola biləcəyinə inanır.

“Əgər onlar (ÇXR hakimiyyəti) zorakılığa əl atsalar, qarşılıqlı əlaqə qurmaq çox çətin olar”.

Bundan əvvəl minlərlə nümayişçinin ekstradisiya qanununa etiraz etmək üçün Hong Kong küçələrinə çıxdığı məlum olmuşdur. Etirazçılar, iğtişaşlar zamanı həbs olunanların azadlığa buraxılmasını tələb ediblər.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər