24 C
Baku
Friday, April 26, 2024

“Donald Tramp ikinci dəfə seçilsə, NATO ittifaqı parçalanacaq”, – Co Bayden

2020-ci il prezident seçkilərində Donald Tramp qalib gəlsə, NATO ittifaqı öz fəaliyyətini dayandıracaq. Bunu ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden söyləyib.

Banker.az xəbər verir ki, “Sizə söz verirəm ki, Donald Tramp yenidən seçildiyi təqdirdə NATO parçalanacaq. Hamımızın böyük problemlərimiz olacaq”, – siyasətçi bildirib.

O, Trampı siyasətdən başı çıxmayan “ekssentrik və dəli” bir insan kimi qiymətləndirir.

Qeyd edək ki, Co Bayden 2020-ci il prezident seçkilərində Trampın əsas rəqiblərindən biridir. Oktyabrın əvvəlində o, Trampın vəzifədən uzaqlaşdırılması təklifini dəstəkləyib. Xatırladaq ki, sentyabrın sonunda Nümayəndələr Palatası bu prosedura başladığını elan etmişdir. Bunun əsas səbəbi prezidentin ukraynalı həmkarı ilə telefon danışığı zamanı Vladimir Zelenskiyə təzyiq göstərməsi olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər