23 C
Baku
Tuesday, May 28, 2024

Donald Tramp impinçmentin ləngiməsini konstitusiya pozuntusu adlandırıb

ABŞ prezidenti Donald Tramp Demokratlar Partiyasını impiçment prosesinin ləngiməsinə görə konstitusiya pozuntusunda ittiham edib.

Bu barədə “Reuters” bildirib.

“Prezidentin impiçmenti üzrə maddələrin Senata ötürülməsinin ləngiməsi konstitusiyanın pozulmasıdır”, – dövlət başçısı qeyd edib.

O, strategiyanın dəyişikliyinə görə Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosini tənqid edib. Dövlət başçısı vurğulayıb ki, Pelosenin prosesi Senata yubandırmaqdan başqa çıxış yolu yoxdur.

Daha əvvəl məlum olub ki, Demokratlar Partiyası tərəfindən nəzarət edilən Nümayəndələr Palatası prezidentin impiçmentini dəstəkləyib. Sonra sənəd Senatın respublikaçıların nəzarətində olan müzakirəsinə daxil olmalıdır.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər