8 C
Baku
Friday, December 13, 2024

Donald Tramp: İnan, qorxma və istəməyi bacar

Müfəssəl olun

… Bir dəfə yanıma enerjili, ali təhsilli və yüksək səviyyədə səriştəli gənc bir insan gəldi. Yadımdadır, mən xatırlayıram ki, onun komandamda ən yaxşı oyunçulardan biri olacağına qərar verdim. Mən necə də səhv etmişəm. O, həmişə izahatlara çox vaxt sərf edirdi və yavaş-yavaş onunla rastlaşmaqdan çəkinirdim. O, həddindən artıq astagəl, əsaslı və son dərəcə dəqiq idi, lakin bizə lazım olan sürəti təmin edə bilmirdi. O, lazımı tempə uyğunlaşa bilmədi və peşəkarlığına rəğmən ümumi mənzərəni təsəvvür edə və onunla ayaqlaşa bilmirdi. O, gedəndən sonra mən rahat bir nəfəs aldım.

Çalışın ki, eyni şey sizin də başınıza gəlməsin. Adaptasiya etməyi öyrənin. Həmişə öyrənməkdə davam edin.

Mənim danışıqlar aparmaq metodumu analiz edən insanlar, qeyd edirdi ki, digərlərindən məni fərqləndirən əsas cəhət hadisələrinin mahiyyətini dərhal görə bilmə qabiliyyətimdir. Dərhal tutmaq və qısa danışmaq əslində heç də özünə gələn bir bacarıq deyil, mən uzun müddət bunun üzərində işləmişəm. Amma istənilən insan bunu hər gün tətbiq edə bilər, məktub göndərəndə, məlumat hazırlayanda və ya sifariş edəndə.

Sizə həyatımdan daha bir misal gətirirəm. Rikkardo Billininin öz biznes planını mənə təqdim etmək üçün cəmi 3 dəqiqə vaxtı var idi. Həmin gün mən çox məşğul idim, heç əhval-ruhiyyəm də yaxşı deyildi. Hə hansı bir təqdimata qulaq asmaq həvəsim yox idi və fikirləşirdim ki, o, ona ayrılmış üç dəqiqədən imtina edəcək. Bununla da həmin günlük iş yüküm bir az yüngülləşəcək. Amma Rikkardo nəinki imtina etdi, ona ayrılmış 3 dəqiqədə elə bir təqdimatı bizə təqdim etdi ki, mən birgə sövdəyə razılıq verdim. İnsanların vaxtları dar olanda nələrə qadir olmaqları insanda sadəcə heyrət doğurur.  Bəzən özünə çərçivələr qoymaq olduqca faydalıdır. 5 dəqiqədən də qısa müddətdə təqdimatlar keçirməyi öyrənin. Hətta özünüz haqqında informasiyanı 3 dəqiqədən də qısa müddətə təqdim edin. Sizin dinləyicilər hadisənin məğzini qısa şəkildə təqdim etmə qabiliyyətinizə görə sizə minnətdar olacaqlar.  Bizim zəmanədə bütün dünya müfəssəlliyi (lakonikliyi) olduqca yüksək qiymətləndirir.

Pozitivə yüklənmək

Uğur qazanmaq üçün hərəkət planı qurmaq olduqca vacibdir. Həmçinin bu plan olduqca çevik olmalıdır. Bəzən hər şey gözlədiyinizdən daha yaxşı alınır, xüsusən də özünüzə təyin etdiyniz marşrutdan bir neçə dəfə çıxmalı olmusunuzsa, çox vacibdir ki, buna hazır olasınız, həmin an üçün hazırlıqlı olasınız. Bilərəkdən və ya təsadüfən istiqaməti dəyişən insanların başına maraqlı şeylər gəlir.

Bir dəfə Nyu-Yorkda mən bir azca gəmidə dincəlmək, amma axşam o kruizə yola düşmədən öncə gəmini tərk etmək istəyirdim. Gəmi sevinc və həyəcan içində olan insanlar ilə dolu idi, şənlik başlayırdı, amma mənim şəhərdə başqa planlarım var idi. Mən getməyə hazırlaşırdım, amma fikir verdim ki, gəmi artıq limandan uzaqlaşıb və biz çayın ortasındayıq. Hadisələrin belə gedişi məni çox da sevindirmədi, amma özünün yaxşıya kökləməkdən və bu gəzintiyə gözlənilməz macəra kimi yanaşmaqdan başqa heç nə qalmır. Mən müxtəlif insanlara ünsiyyət qurmaq üçün gözəl imkan qazandım. Həmçinin mənim bir neçə əla ideyam yarandı.

Sizin başınıza belə bir hadisə gələndə, yadda saxlayın ki, məhz sizin ona münasibətinin sonda həmin hadisədən nə çıxaracağınızı müəyyən edir. Təmkinli və inadkar olmaq lazımdır, amma həm də bilmək lazımdır ki, sizin yolunuzda müəyyən maneələr və döngələr peyda olacaq.

Çətinliklərə hazırlaşın

Hətta çətinlikləri belə öz xeyrinə döndərmək olar. Yadımdadır, 90-cı illərdə mənim ciddi maliyyə problemlərim olanda, düşünürdüm ki, rəsmi ziyafətə gedim ya yox. Mənim qətiyyən heç nəyi bayram edəcək həvəsim yox idi. Amma mən geyindim və getdim, təsadüfən masa arxasında elə bir insanla şam etməli oldum ki, biz-birimizin xoşuna gəldik. Məlum oldu ki, o bankirdir. Bir-dən birə mənim üçün tamamı ilə gözlənilməz şəkildə hər şey mənim xeyrimə dəyişdi. Hər şey ona görə xeyirliyə doğru dəyişdi ki, mən nizamlı idim və hər şeyə rəğmən həmin ziyafətə getmişdim.

Qətiyyətinizi itirməyin. Belə bir deyim var: “Roma bir günə qurulmayıb”. Uşaqlıqda atam bir əhvalat danışırdı. O həmin əhvalatı gülməli hesab etsə də, mən də həmin əhvalat heç zaman gülüş doğurmurdu. Mən onu sizə də danışacağam: bir insan sodalı su içməyi çox xoşlayırmış.  Ona görə bu işdən pul qazanmaq fikrinə düşür və öz biznesini açır. Məhsula isə 3-UP adı verir. Amma uduzur. O, yenidən başlayır və 4-UP adlı su istehsal edir. Nəticə yenə də eyni idi. Növbəti məhsulun adi isə 5-UP olur, bu məhsul da eyni aqibəti yaşayır. 6-UP və ya yenə də uğursuzluq. Onda həmin insan təslim olur.  7-UP adlı içki isə olduqca uğurlu və bu günə qədər də tanınan içkiyə çevrilir. Bəlkə, sahibkar həddindən tez təslim olur?

Qorxularınızla mübarizə aparın

Bu yaxınlarda jurnalist məndən soruşdu ki, həyatda ən çox nədən qorxuram. Mən cavab verdim ki, heç bir qorxum yoxdur. Mən bu məsələyə belə yanaşıram: “Əgər siz hər hansı bir hissi qorxu olaraq qəbul etsəniz, onda həqiqətən qorxacaqsınız”.

Son xəbərlər
Digər xəbərlər