ABŞ prezidenti Donald Tramp, “Nyu-York İqtisadi Klubu” da çıxışı zamanı Ağ Ev rəhbərliyinin iqtisadi siyasətini sərt şəkildə tənqid edib.
Onun fikrincə, Obamanın siyasəti orta təbəqənin maraqlarına uyğun deyil və o, “dünyanın prezidenti olmaq niyyətində deyil”.
“Avropa İttifaqı ilə ortaq razılığa gəlmək çox çətindir. Onun qarşıya qoyduğu əngəllər dəhşətlidir, Çindən də pisdir”, – Tramp vurğulayır.
Trampın sözlərinə görə, onun rəhbərliyi dövründə 7 milyondan çox iş yeri yaradılıb.
“İş yerləri yaratmaqla insanların həyatını dəyişdiririk”, – prezident bildirir.
Donald Tramp əlavə olaraq qeyd edir ki, Paris müqaviləsi iş yerlərinin sayını xeyli azaltmışdır.
ABŞ-Çin iqtisadi əlaqələrinə gəldikdə, prezident Pekinin mübahisəli iqtisadi təcrübələrini və xüsusən də Amerika əqli mülkiyyətinin mənimsənilməsini xatırladır. Qeyd edək ki, Tramp bütün bunlarda Çini deyil, ABŞ-ın əvvəlki rəhbərliyini günahlandırır. Prezident belə halların gələcəkdə təkrarlanmasının qarşısını almaq üçün sərt tədbirlər gördüyünü söyləyib.
İmmiqrasiya problemlərindən və xüsusən qanunsuz immiqrasiyadan danışan Tramp, demokratların onun immiqrasiya qanunundakı boşluqları aradan qaldırmağına mane olduqlarını bildirib. Prezidentin fikrincə, demokratlar solçu ideologiyaya tabedirlər və ABŞ-ı sosialist ölkəyə çevirmək istəyirlər.