ABŞ Prezidenti Donald Tramp neftin bahalaşmasına görə narahatlığını bildirərək OPEC-i qiymətlərin artmasına yönələn tədbirləri məhdudlaşdırmağa çağırıb.
Dövlət başçısı bu barədə “Twitter”dəki səhifəsində yazıb.
“OPEC, zəhmət olmasa, rahatlanın və canfəşanlığa son qoyun. Dünya kövrəkdir, bu artıma tab gətirməz”, – deyə yazan dövlət başçısı hazırkı neft qiymətlərinin ifrat şəkildə yüksəldiyini qeyd edib.
https://twitter.com/realDonaldTrump/status/1100002139282309121







