25 C
Baku
Saturday, July 27, 2024

Donald Tramp polis islahatı hazırlayır

ABŞ prezidenti Donald Tramp polisi islah etmək üçün bir neçə təşəbbüs irəli sürmək niyyətindədir. Banker.az xəbər verir ki, bu barədə prezident administrasiyasındakı mənbələrə istinadən CNBC məlumat verib.

Tədbirlər paketinə həm qanunvericilik təşəbbüsləri, həm də dövlət başçısının birbaşa göstərişləri daxil ediləcəyi planlaşdırılır.

Müzakirə olunan təkliflər arasında polis əməkdaşlarının qanun pozuntularını, habelə fəaliyyətlərindəki dəyişiklikləri əks etdirən məlumat bazasının yaradılması var.

CNBC-nin verdiyi məlumata görə, hüquq mühafizə orqanlarının asfiksiyadan istifadəsini qadağan edib-etməməsi mövzusunda hələ bir fikir yoxdur.

Afrikalı amerikalı Corc Floydun ölümü ilə bağlı etirazlardan sonra ABŞ-da polis islahatı məsələsi aktuallaşdı. O, mayın 25-də saxta pullardan istifadə şübhəsi ilə polis tərəfindən saxlanılaraq, səhvən öldürülmüşdür.

Kütləvi etirazlar Minneapolisdə başlasa da, tez bir zamanda ABŞ-ın digər böyük şəhərlərinə yayıldı.

Son xəbərlər
Digər xəbərlər