ABŞ prezidenti postuna ən real namizəd milyarder Donald Tramp prezident kampaniyasına 43 mln dollardan artıq şəxsi vəsait xərcləyib.
Report “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Trampın ABŞ Federal Seçki Komissiyasına təqdim etdiyi maliyyə hesabatında deyilir.
ABŞ prezidenti postuna namizədləyinin irəli sürməsi qərarı haqqında rəsmi elandan mayın əvvəlinə qədər Tramp təxminən 56 mln. dollar pul xərcləyib. Aprel ayında deleqatların səs verməsi uğrunda qızğın mübarizə zamanı Tramp təxminən 9.4 mln dollar xərcləyib, onlardan 7.5 mln. dolları onun şəxsi vəsaiti olub.