6 C
Baku
Sunday, December 15, 2024

Donald Tramp tarifləri daha çox qaldırmadığına görə təəssüflənir

ABŞ prezidenti Donald Tramp, Çindən idxal olunan mallara tətbiq etdiyi tarifləri daha çox qaldırmadığına görə təəssüflənir.

Banker.az xəbər verir ki, bu haqda Ağ evin sözçüsü Stephanie Grisham məlumat verib.

İngiltərənin baş naziri Boris Johnson ilə ikitərəfli danışıqlar zamanı Trampa sual veriblər: “Çin ilə gedən ticarət müharibəsinin daha da kəskinləşməsinə görə təəssüflənirsiniz?”. Prezident suala müsbət cavab verib.

“Onun cavabı səhv başa düşülüb. Əslində, prezident tarifləri daha çox qaldırmadığına görə peşmandır”, – deyə Ağ ev açıqlama verir.

Qeyd edək ki, daha əvvəl Donald Tramp 1 sentyabrdan başlayaraq Çindən idxal olunan mallara 15%-lik tariflər tətbiq etmək niyyətində olduğunu bildirmişdir. 1 oktyabr tarixindən sonra ümumi dəyəri 250 milyard dollar olan mallara isə 30%-lik tariflər tətbiq ediləcək.

Trampın bu qərarı, Çinin ABŞ mallarının idxalına əlavə rüsum tətbiq etməsindən sonra verilib. Yeni qərar müvafiq olaraq 1 sentyabr və 15 dekabr tarixlərində qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər