ABŞ prezidenti Donald Tramp dövlət başçısı postundan getdikdən sonra televiziya sahəsində çalışacağı barədə xəbərlərə münasibət bildirib.
Bu barədə Report agentliyi TASS-a istinadən xəbər verir.
Ağ Ev rəhbəri qeyd edib ki, ölkə başçısı postundan getdikdən sonra bu sahəyə qayıtmayacaq.
Tramp amerikalı prodüsserlə ABŞ prezidenti vəzifəsini tərk etdikdən sonra televiziyaya qayıdacağı barədə müzakirələr aparması xəbərlərini təkzib edib. “Bu yalandır, heç vaxt belə danışıq olmayıb”, – deyə Tramp qeyd edib.
Dövlət başçısı etiraf edib ki, hətta onda televiziyada çalışmaq haqqında düşünməyə vaxt yoxdur