9 C
Baku
Sunday, December 22, 2024

Tramp “TikTok”un sahibi olan şirkət rəhbəri ilə görüşüb

“TikTok” sosial şəbəkəsinin sahibi olan “ByteDance” şirkətinin baş direktoru Şou Tzı Çu dünən, dekabrın 16-da ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla Mar-a-Laqo iqamətgahında görüşüb.

“ByteDance” rəhbəri seçkidə qalib gəldikdən dərhal sonra cənab Trampla görüşməyə cəhd edib. O, prezident Co Baydenin ABŞ-də “TikTok”u qadağan edən sərəncamını ləğv etməyə inandırmağa ümid edir.

Sosial şəbəkənin sahibi olan “ByteDance” 2025-ci il yanvarın 19-dək biznesini amerikalı investorlara satmasa, ABŞ-də bloklanacaq.

Bu gün, dekabrın 17-də şirkət yeni prezidentin onu ləğv edəcəyinə ümid edərək, ABŞ Ali Məhkəməsinə qanunun qüvvəsini dayandırmaq üçün vəsatət qaldırıb. Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq.

Donald Trampın özü ilk prezidentlik dövründə ABŞ-də “TikTok”u bloklamağa çalışsa da, daha sonra onun əmri məhkəmə tərəfindən bloklanıb.

Son xəbərlər
Digər xəbərlər