Donald Tramp türk lirəsini dəyərdən saldı

0

Donald Trampın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi lirənin düşməsinə səbəb olub.

Xatırladaq ki, həftə sonu ABŞ mediası Türkiyənin Suriyanın şimal-şərqində hərbi əməliyyatlara başladığını bildirmişdir. Daha sonra kürdlərin Bəşər Əsəd hökuməti ilə sövdələşməsi məlum olub və bu, hərbi əməliyyatların get-gedə daha da geniş vüsət alacağı deməkdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Əslində, mediadakı neqativ mesajların axınını nəzərə alsaq, Trampın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi təəccüblü olmadığını görə bilərik. Prezident Rəcəb Tayyib Ərdoğan gələn ay Vaşinqtona edəcəyi səfərin baş tutmayacağına görə məyus olub.

Son xəbərlərin fonunda lirə 1,7% düşüb.

Türkiyənin Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, ölkənin Suriya ərazisində hərbi əməliyyatlara başlamasının əsas səbəbi, Vaşinqtonun Suriya kürdlərinə silah satması olub. Ankara Suriyanın Evfrat çayından İraq sərhədinə qədər olan ərazisini tutmağı planlaşdırır.

Donald Tramp hazırkı vəziyyətdən üç çıxış yolunu göstərir: Suriyaya “minlərlə əsgər” göndərmək, Ankaraya qarşı sanksiyalar tətbiq etmək və Türkiyə ilə kürdlər arasında vasitəçi rolunda çıxış etmək.

“Sülh mənbəyi” adlı hərbi əməliyyat oktyabrın 9-da başlayıb.

“Fərqli qruplar arasında döyüşlər yüz illərdir ki, orada davam edir. ABŞ heç vaxt Yaxın Şərqə girməli deyildi”, – deyə Tramp öz səhifəsində yazıb.