15 C
Baku
Friday, March 29, 2024

Donald Tramp: “Türkiyə prezidenti ilə çox yaxşı söhbətimiz oldu”

ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Bu haqda Amerika lideri “Twitter” dəki bloqunda yazır.

“Türkiyə prezidenti ilə çox yaxşı söhbətimiz oldu. Onlar əl-Bağdadinin qatili və həyat yoldaşı daxil olmaqla İŞİD döyüşçülərinin əksəriyyətini tutublar”, – prezident bildirir.

Trampın sözlərinə görə, telefon danışığı zamanı tərəflər həmçinin Türkiyə-Suriya sərhədindəki vəziyyət, terrorizm ilə mübarizə və digər bir sıra mövzulara toxunublar. Donald Tramp noyabrın 13-də Ərdoğan ilə görüşəcəyini bildirib.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Suriyanın şimal-şərqində hərbi əməliyyatlara başladığını elan etmişdir. ABŞ və Aİ onun bu hərəkətinə qarşı çıxaraq, iqtisadi sanksiyalar rejimini tətbiq etdilər.

Oktyabrın 17-də Vaşinqton və Ankara hərbi əməliyyatların 120 saat müddətinə dayandırılması üzrə ortaq razılığa gəlmişdirlər, oktyabrın 22-də isə Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin ilə görüşündən sonra hərbi əməliyyatlar tamamilə dayandırılıb.

Son xəbərlər
Digər xəbərlər