23 C
Baku
Thursday, April 25, 2024

Donald Tramp “Twitch” striming platformasında hesab açıb

ABŞ prezidenti Donald Tramp, “Twitch” striming platformasında hesab açıb. Bir gündən az müddətdə Amerika liderinin izləyicilərinin sayı 29 minə çatıb. Müqayisə üçün Amerika prezidentinin “Twitter” də izləyicilərinin sayı 65,5 milyon nəfərdir.

Banker.az xəbər verir ki, “Twitch” striming platformasında 2020-ci il prezident seçki kampaniyası çərçivəsində prezidentin Minnepolisdəki (Minnesota ştatı) nitqini onlayn olaraq yayımlanır.

Qeyd edək ki, “Twitch” video-striming platformasıdır, səkkiz il bundan əvvəl yaradılmışdır və “Amazon” şirkətinə məxsusdur (Twitch Interactive). Kiberidman yarışmalarından əlavə, burada musiqi konsertləri və ya poker turnirləri yayımlanır. 2017-ci ildə platformanın istifadəçilərinin sayı 15 milyon təşkil etmişdir.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər