Donald Tramp – müasir zamanın haqqında ən çox danışılan milyarderlərindən biridir. O, həmçinin müasir dövrün ən uğurlu biznesmenlərindən biri olmuşdur. Biz uğurlu iş adamlarının, milyarderlərin məsləhət və tövsiyələri ilə bağlı yazılar seriyasını davam etdiririk.
Bizim daimi oxuyucularımız yaxşı xatırlayır ki, bundan öncə sizə Apple-ın banisi Stiv Cobsun, Microsoft-dan olan Bill Qeytsin, dünyanın ən varlı insanları sırasından olan milyarder-investor Uorren Baffetin və digər məşhurların uğur prinsiplərini təqdim etmişik. Həmçinin “Bodo Şeferin maliyyə prinsipləri” və “Kiosaki sayağı varlanmaq modeli” də maraqlı yazılarımız siyahısındadır.
Bu gün isə Donald Trampın uğur prinsiplərini nəzərinizə çatdırırıq
1. Öz ürəyinizcə olan iş tapın və daha heç vaxt heç vaxt işləməli olmayacaqsınız. Güman edirəm ki, söhbətin nədən getdiyini başa düşdünüz. Maraqlı iş, əksər hallarda iş kimi qavranılmır. Hobbi və sevimli məşğuliyyət əksər hallarda insanı digər işlər kimi yükləmir və ona sevinc bəxş edir. Məhz sevdiyin işlə məşğul olaraq uğura nail olmaq daha asandır.
2. Sizə xoş gələn insanlar ilə işləyin. Bu həmkarlar arasında düşmənə sahib olmaqdan daha yaxşıdır. Düzdür bu qayda daha çox şəxsi biznesi olanlar üçün uyğun gəlir, amma muzdlu işçilər, amma şəxsi biznesi olanlar ilə münasibətdə də tətbiq edilə bilər.
3. Özünə əminlik maqnit kimidir. Bu insanları sizə tərəf cəzb edəcək. Qeyd edək ki, bu prinsipi Bodo Şefer də tətbiq edir. Uğurlu biznesə sahib olmaq uğrunda aparılan mübarizə meydanında qələbənin əsas təminatı – məhz qələbə çalacağına inamdır.
4. Əlverişli məqam gözləyin. Hövsələ və vaxtı hesablamaq bacarığı –biznesdə müvəffəqiyyət əldə etməyin əsas zəmanətidir. Bu haqda ibrətamiz xalq məsəlləri də çoxdur:lazımı anda, lazımı məkanda olmaq ! Fürsətləri idarə etmək çox yaxşı olardı.
5. “Təhsil olmadan sizin uğur qazanmağa şansınız yoxdur! Daima oxuyun və özünüzü təkmilləşdirin!”
6. “İntuisiya ən yaxşı məsləhətçidir. Öz qəlbinizin səsini dinləyin!”
7. “Axının əksinə üzün. Komfort zonası sizi çətin vəziyyətdə qoya bilər. Qeyd etmək lazımdır ki, təbiətdə demək olar ki, komfort zonası yoxdur. Canlı aləmdə hər kəs sağ qalmaq uğrunda mübarizə aparır. Biznesdə də situasiya eynidir.”
8. “İradə olan yerdə – qələbədə olar. Müsbət düşünün, nikbin olun. Neqativ qavrama, bədbin fikirlər insanların qarşısında ciddi maneələr törədir. Həyata müsbət köklənmə və inadcıllıq ayrılmazdır, elə uğur kimi”.