ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında tarixi görüş başlanıb.
Xarici informasiya agentliklərinin verdiyi xəbərə görə, Kim Çen In və Donald Tramp ABŞ-KXDR sammitində iştirak etmək üçün dünən Vyetnamın paytaxtı Hanoya gəliblər.
Hələlik iki ölkə liderinin səfər və danışıqlar proqramı barədə yalnız fevralın 27-nə nəzərdə tutulan 20 dəqiqəlik qısa “təkbətək formatda” görüşün və ardından hər iki ölkənin nümayəndə heyətinin yüksək vəzifəli üzvləri üçün işgüzar naharın baş tutacağı məlumdur. Danışıqların əsas hissəsi isə fevralın 28-nə planlaşdırılıb.
Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda keçirilmişdi. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən birgə bəyanat imzalamışdılar. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.