ABŞ prezidenti Donald Tramp, Yaponiyadan gətirilən avtomobillərə əlavə rüsum tətbiq etməyəcəyini söyləyib.
Banker.az bu haqda Reuters agentliyinə istinadən məlumat verir.
“İndi yox, bu an yox”, – deyə G7 sammiti zamanı təşkil edilən mətbuat konfransında Tramp qeyd edib. – Bu, istəsəydim sonra edə biləcəyim bir şeydir, amma indi biz bu haqda düşünmürük”.
Vesti.Ekonomika-nın dağa əvvəl verdiyi məlumata görə, ABŞ və Yaponiya ticarət sazişinin əsas elementləri barədə razılığa gəliblər. ABŞ prezidenti və Yaponiyanın baş naziri gələn ay Nyu-York-da saziş imzalayacaqlarına ümid edirlər.
Donald Tramp bildirib ki, Yaponiya qarğıdalı almağa razı olduğunu söyləyib. Xatırladaq ki, daha əvvəl prezident Vaşinqton və Pekin arasındakı ticarət mübahisəsində amerikan fermerlərinin zərər çəkdiyini vurğulamışdı.
ABŞ-ın ticarət nümayəndəsi olan Robert Lighthizer, saziş nəticəsinə tariflərin əhəmiyyətli dərəcədə azalacağına və kənd təsərrüfatı məhsullarının illik ixracının 7 milyard dollar artacağına gətirib çıxaracağını bildirib.
Eyni zamanda, tariflər minik avtomobillər üçün 2,5%, pikaplar üçün isə 25% səviyyəsində qalacaqdır.