ABŞ prezidenti Donald Trampın amerikalılar arasındakı populyarlıq reytinqi 40% təşkil edir. Bu məlumatlar “CBS News” telekanalı tərəfindən keçirilən sosioloji sorğudan götürülüb.
Respondentləri prezidentin fəaliyyətində ən çox narahat edən məsələ ərzaq məhsullarının bahalaşmasıdır: sorğu iştirakçılarının 65%-i Trampın fəaliyyəti ilə öz ərzaq səbətinin dəyəri arasında birbaşa əlaqə görür. Yalnız 36% iştirakçı Vaşinqton administrasiyasının ölkənin iqtisadi problemləri ilə uğurla mübarizə apardığını düşünür, 45% isə immiqrantların deportasiyası üzrə görülən tədbirləri dəstəkləyir.
Respondentlərin 82%-i yetkinlik yaşına çatmayanların istismarında ittiham olunan və daha sonra intihar edən maliyyəçi Cefri Epşteyn işi ilə bağlı materialların hökumət tərəfindən dərc edilməsini vacib sayır. Onların 37%-i bu sənədlərdəki yeni məlumatların həqiqətə uyğun olacağına inanır. Sorğu iştirakçılarının 64%-i qeyd edib ki, bu materialların dərc edilməsi Trampın prezidentliyinin qiymətləndirilməsinə təsir göstərəcək.
Sorğu 19–21 noyabr tarixlərində keçirilib və demək olar ki, 2,5 min amerikalı sorğuda iştirak edib. “The Wall Street Journal” iyul ayında oxşar sorğu keçirib. Həmin vaxtda Trampın etimad reytinqi 46% olub.






