21 C
Baku
Thursday, April 25, 2024

Donald Trampın ikibaşlı qartal fonunda çıxış etməsi diqqət çəkib

ABŞ prezidenti Donald Trampın ictimaiyyət qarşısında çıxışlarının birində maraqlı hadisə baş verib.

Belə ki, müşahidəçilər prezidentin arxasındakı simvolun dəyişdiyini görüblər.

“The Washington Post” qəzetinin məlumatına görə, simvolda ikibaşlı qartal əks olunub.

Özü də hadisə prezidentin Vaşinqtonda “Turning Point USA” adlı mühafizəkar təşkilatın təşkil etdiyi mitinqdə öz tərəfdarları qarşısında nitq söylədiyi zaman meydana gəlib.

Qəzetin yazdığına görə, kimlərsə prezidentin Rusiya ilə qaranlıq əlaqələrdə olmasını göstərmək üçün belə bir acı zarafat edib.

Özü də nitqdən öncə prezidentin gerbi tamamilə düzgün formada proyeksiyada əks olunubmuş.

Ağ Ev nümayəndələri və tədbirin təşkilatçıları bu insidentin necə baş verdiyi barədə məlumatları olmadıqlarını bildiriblər.

Kiçik Corc Buşun administrasiyasında əxlaq vəkili olaraq fəaliyyət göstərən Riçard Peynter qəzetə veridyi müsahibədə Ağ Evin və məxfi xidmətin (ABŞ-da prezidentin mühafizəsini təşkil edən idarə belə adlanır-red.) nəzarət etmədiyi bir ekrana hər hansı şəklin əks olunmasını rüsvayçılıq adlandırıb.

“Buna görə kimlərinsə başı ağrıyacaq, amma bunu həyata keçirənlər əməlli-başlı məzələniblər”,-deyə o qeyd edib.

©Musavat.com

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər