1 C
Baku
Saturday, December 14, 2024

Donald Trampın övladları səssizcə atasının $110 milyonluq əmlakını satıblar

Bütün xəyalları əsas iki qrupa bölmək olar: genişmiqyaslı xəyallar və Donald Trampın qurduğu xəyallar. Məhz bu xəyallar prezidentin babası Fridrixi Almaniyadan Nyu-Yorka köçməyə və burada daşınmaz əmlak imperiyasını qurmağa sövq etmişdir.

Banker.az xəbər verir ki, Prezident vəzifəsinə gələndən sonra Tramp biznesini iki övladına (Erik və Don (kiçik)) həvalə etmişdir.

Bu gün Donald Trampın mülkü 3,1 milyard dollar təşkil edir və bu, ötən ildəki səviyyəyə bərabərdir (Forbes jurnalında 275-ci yer). Buna baxmayaraq, prezidentin övladları yenə də ehtiyat edirlər – onlar atasının 110 milyon dollarlıq mülkünü satıblar.

Bunlara aiddir: Dominikan Respublikasındakı torpaq sahəsi (3,2 milyon dollar, Beverly-Hills-dəki ərazi (13,5 milyon dollar), Manhetten-dakı pentxaus, Buklendəki Spring Creek Towers (900 milyon dollar) və s.    

Erik və Don demək olar ki, sərmayə etmirlər. Onlar son dəfə Mar-a-Laqo (Florida ştatı) yaxınlığındakı ev və torpaq sahəsini (18,5 milyon dollar) alıblar. Onlar golf üçün torpaq sahələrinə və ya otellərə maraq göstərmirlər.

Yeni layihələrə yatırım etmək əvəzinə, Trampın övladları atasının pullarını borca xərcləməyə davam edirlər (ümumilikdə 60 milyon dollar) – Uol-Stritdəki binalara görə 19 milyon, San-Fransiskodakı göydələnlərə görə 8 milyon, Las-Veqasdakı qüllələrə görə 30 milyon.  

Son xəbərlər
Digər xəbərlər