16 C
Baku
Thursday, April 25, 2024

Donald Trampın sözlərindən sonra neft 3%-dən çox ucuzlaşdı

Çərşənbə axşamı günü ABŞ prezidenti Donald Trampın BMT-nin Baş Assambleyasının 74-cü iclasındakı çıxışından sonra neft qiymətləri 3%-dən çox düşüb.

Banker.az xəbər verir ki, Brent markalı neftin qiyməti 62,69 dollar təşkil edir. Bu, əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsindən 3,13% azdır. WTI neftin qiyməti 2,88% düşüb.

“O (Donald Tramp), ABŞ və Çin arasında gedən ticarət müharibəsinin yenidən güclənməsinə səbəb olub”, – deyə Nyu-Yorkun “Again Capital LLC” in əməkdaşı Con Kildaff qeyd edir.

BMT-nin Baş Assambleyasının 74-cü iclasında Donald Tramp Pekinin hərəkətlərini tənqid edib: “Çin nəinki vəd edilmiş islahatları qəbul etməkdən boyun qaçırıb, həm də geniş miqyaslı bazar maneələrindən, böyük dövlət subsidiyalarından, valyuta manipulyasiyasından, məhsulların dempinqi ilə əlaqəli texnologiyanın ötürülməsindən, əqli mülkiyyətin oğurlanmasından və kütləvi miqyasda kommersiya sirrlərindən asılı olan iqtisadi modeli işə salıb”.

Reuters tərəfindən sorğu edilən bazar iştirakçıları, neftin qiymətinin düşməsini Avropanın aparıcı ölkələrinin və Yaponiyanın iqtisadi göstəriciləri ilə əlaqələndirirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər