14 C
Baku
Thursday, March 28, 2024

Trampın “Twitter”i bazara necə təsir göstərir və kimlər bunu “vecinə almır”?

Donald Trampın “Twitter” i bazara necə təsir göstərir və kimlər bunu vecinə almır?

Amerika Birləşmiş Ştatlarının prezidenti olduğu dövrdə Donald Tramp artıq bir çox bazar iştirakçıları və ekspertlər üçün əsas xəbər aparıcılarından birinə çevrilmişdir. Demək olar ki, hər gün treyderlər dövlət başçısının “Twitter”-də yazdıqlarına əsasən qərar qəbul etmək məcburiyyətində qalırlar. Buna baxmayaraq, “Twitter” i izləməyən treyderlər də var.

Mütəxəssislərin fikrincə, Tramp dostluq etdiyi spekulyantlara görə bazarlarda manipulyasiyalara həyata keçirir.

Nə desək də, son illərdə Donald Trampın “tvitləri” olmadan bazarı təsəvvür etmək çətindir. Bu yalnız səhmlər bazarına deyil, eyni zamanda maliyyə və enerji daşıyıcıları bazarına da aiddir.

Amerika prezidenti yeni ticarət tariflərinə əl atır, ticarət müharibəsini inkişaf elətdirir, sanksiyalar tətbiq edir və s. Bütün bunlar prezidentin “Twitter” səhifəsindəki bloqunda müzakirə olunur.

Təəccüblü deyil ki, paylaşımların çox hissəsi Çinə həsr olunur. Maraqlıdır ki, bazarın çinli iştirakçıları buna çox da diqqət etmirlər. Bunun əsas səbəbi Çində “Twitter” in qadağan edilməsidir.

Bəzən treyderlər digər yollara əla atırlar – VPN vasitəsilə qoşulurlar və “tvitlərin” Çinin fond bazarlarına əvvəlki kimi təsir etmədiyini söyləyirlər.

“Onu izləməyin bir mənası yoxdur: o bu gün nə isə deyə bilər, sabah isə vəziyyət tam olaraq dəyişir, – deyə Jinkuang Investment Management-in meneceri prezidentin “tvitlərini” nəzərdə tutub qeyd edir.

Prezidentin paylaşımları Çin bazarlarını hərəkətə gətirsə də, tədricən onların təsiri zəifləməyə başlayır.

Shanghai Composite indeksi üç il ərzində 5,6% düşün. Həmin ərəfələrdə Çinin “Twitter” ə bənzər platformasında Trampın rəyləri silinmişdi, həmin ayda indeksin dəyişkənliyi son üç ildə maksimum səviyyəyə çatdı. 

Son xəbərlər
Digər xəbərlər