16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Donald Trampın yeni təşəbbüsü Çinin İnternet şirkətlərinin dəyərini aşağı salır

Screen Shot 2021 09 02 at 14.34.20

Çin və ABŞ arasında daha əvvəl başlayan ticarət müharibəsi hələ də aktualdır. Üstəlik, bu müharibə hər dəfə daha da güclənir. Məlum olduğu kimi, Donald Tramp administrasiyası Çin şirkətlərini Amerika birjasından çıxarmaq məsələsini nəzərdən keçirir.

Banker.az xəbər verir ki, bununla da Amerikanın Çin şirkətlərinə qoyduğu yatırımlar məhdudlaşacaqdır. Qeyd edildiyi kimi, bazarlar mövcud vəziyyətə mənfi reaksiya veriblər, fond indeksləri isə sürətlə düşməyə başlayıblar. Məsələn, “JD.com” şirkətinin səhmləri 5,95%, “Baidu” şirkətinin səhmləri isə 3,67% düşüb. Çin bazarının digər iştirakçılarına da zərər dəyib.

Ölkələr arasında qarşıdakı danışıqların oktyabrın 10-11-də baş tutacağı məlumdur. Danışıqların iştirakçıları təkcə ABŞ və Çin deyil, həm də müxtəlif ölkələrin nümayəndələri olacaq.

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər