ABŞ prezidenti Donald Trampla “Mar-a-Laqo” iqamətgahında özəl şam yeməyi 5 milyon dollara başa gəlir.
Bu barədə “Wired” portalı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, digər ziyarətçilərlə birlikdə Trampla şam yeməyində iştirak etmək üçün 1 milyon dollar ödəmək lazımdır.
Təklif son dərəcə məhduddur və Trampla şam yeməyində iştirak üçün təsdiq ilk gələnə birinci xidmət əsasında verilir.