19 C
Baku
Tuesday, April 16, 2024

Donald Tusk: “Brexit” danışıqlarını payızda başa çatdırmaq lazımdır

Avropa İttifaqı Şurasının sədri Donald Tusk noyabr ayında Avropa İttifaqı (Aİ) üzvlərinin növbədənkənar sammitini çağırmaq niyyətindədir.

Sammit Böyük Britaniyanın Aİ-ni tərk etməsi ilə bağlı danışıqlara həsr olunacaq.

D.Tusk bildirib ki, danışıqları bu payız başa çatdırmaq arzusundadır:

“Artıq sazişin əldə olunması üçün az vaxt qalır, ona görə də mən liderlərə təklif edəcəyəm ki, noyabr ayında sammit keçirilsin”.

Qeyd edək ki, bu gün Avstriyanın Zalsburq şəhərində “Brexit” ilə bağlı Aİ-nin qeyri-rəsmi sammiti işə başlayır.

– Trend

Son xəbərlər
Digər xəbərlər