16 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Donbas “könüllüləri” Qarabağda döyüşdən imtina etdi

Ukraynanın işğal olunmuş Donbas vilayətindəki silahlı qruplar Ermənistanın çağırışlarına baxmayaraq, Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşməkdən imtina ediblər.
Bu barədə “Donbas könüllüləri birliyi”nin rəhbəri Aleksandr Boroday bildirib. Onun sözlərinə görə, hazırda harasa getməyə hazırlaşmırlar.

O, bu qərarın səbəbini Ermənistanda “dost olmayan qərbyönümlü hökumətin” mövcudluğu ilə əlaqələndirib.

Ermənilər bunun ardınca Aleksandr Boroday sərt tənqiq edərək, bu köməyi Nikol Paşinyana görə deyil, erməni xalqı üçün etməli olduğunu yazıblar.

Qeyd edək ki, bu faktı işğalçı Ermənistanın terrorçuları, separatçıları və muzdluları Qarabağdakı döyüşlərə cəlb etməsinin daha bir sübutudur. Amma bu dəfə Donbas yaraqlılarından rədd cavabı aldılar.

Mənbə:Azvision.az
Son xəbərlər
Oxşar xəbərlər