19 C
Baku
Sunday, May 19, 2024

Dondurulan bank hesabları yaxud yoxa çıxan milyardlar

Tez-tez bank hesabları dondurulan şəxslər haqqında KİV -də məqalələrə rast gəlirik. Həmin şəxslər isə adi vətəndaşlar olmurlar. Belə ki, dünyanın iri bankları, o cümlədən, İsveçrə bankı hər hansı bir fiziki və yaxud hüquqi şəxsə yerləşdirdiyi vəsaitə görə, bank hesabı açdıqda, həmin pulların mənşəyi ilə bağlı xüsusi deklarasiyanı da tələb edir. Yəni, 5-10 milyard dollar həcmində vəsaitin hansı yolla qazanılması haqqında bəyannamə də sənədlər içərisində yer tutur.

Təbii ki, biznesmenin və yaxud iri holdinqin bununla bağlı heç bir problemi ola bilməz. Amma adi vətəndaşın böyük məğləğdə pul vəsaitinin əldə olunmasının qanuniliyi haqqında şübhə doğuracaq amillər olduqda bank bundan imtina edir. Sual yarana bilər? Hansı halda bank hesabları dondurula bilər? İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblının sözlərinə görə, bank hesabları aşağıdakı hallarda dondurula bilər: “Bunlar biznes əməliyyatlarının xarakteri ciddi şübhələr yaratması, ”qara iqtisadiyyatın” çiçəklənməsində əhəmiyyətli rol oynaması, beynəlxalq qurumlar tərəfindən qanunsuz və kriminal ticari əməliyyatlarda adının hallanması, beynəlxalq səviyyəli məhkəmə qərarlarının olması, qanunsuz biznes əməliyyatları, terror əməliyyatlarının maliyyələşməsində təsdiq olunmuş faktların mövcud olmasıdır. Bu zaman həmin şəxsin viza rejiminə qadağalar qoyulur. Artıq onunla bağlı “Persona-non-qrant” elan olunur. Üçüncü demokratikləşdirmə dalğasından sonra həmin ölkə rəhbərləri, məmurlarla bağlı salamlaşmaya son qoyulur, təmas imkanları kəsilir. İqtisadi və siyasi izolyasiya siyasəti bir çox mürəkkəb mexanizmlərə malikdir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirir ki, beynəlxalq səviyyədə təhlükəli hesab edilən şəxslərin bank hesablarının dondurulması mümkündür: “Çünki insan haqları, demokratiya ölkənin daxili işi deyil”. Onun sözlərinə görə, çirkli pulların miqdarının yüksək olması aşkarlandığı halda da, bank hesabları dondurula bilər: “Bu, beynəlxalq qurumların qərarları ilə olur. Həmin pulları sonradan ölkəyə qaytarmaq çox çətin olur, əksər hallarda isə mümkün olmur”.

Beləliklə bank hesabları dondurulmaqla səs-küyə səbəb olmuş faktları diqqətinizə çatdırırıq.

  1. Moskvanın Ukraynanın daxili işlərinə qarışması ilə əlaqədar olaraq, Barak Obama 20 Rusiya rəsmisi və iş adamlarının bank hesablarının dondurulması haqqında əmr vermişdi. ABŞ Rusiya Dövlət Dumasının yeddi millət vəkilini və Putinə yaxın olan 17 şirkətin aktivlərini dondurulmuşdu.
  2. Avropanın iri bankları, əsasən də İsveçrə bankı ərəb dövlətlərinin keçmiş rəhbərləri Zeynalabdin bin-Əlinin və Hüsnü Mübarəkin, eləcə də, Liviya lideri Müəmmar Qəddafinin  hesablarına həbs qoymuşdu. Xatırladaq ki, həmin liderlərin banklardakı ümumi kapitalı ən azı 150 milyard dollar idi. Avropa banklarında Zeynalabdin bin-Əlinin təxminən 30, Hüsnü Mübarəkin 70, Qəddafinin isə 65 milyard dollar kapitalı var idi. İsveçrə hökuməti, bununla yanaşı, hər üç siyasi liderin ailəsinə və yaxınlarına məxsus olan bank hesablarının da dondurmuşdu.
  3. Ukraynanın sabiq  prezidenti Viktor Yanukoviçə məxsus 27 milyon İsveçrə frankı (30 milyon) dondurulmuşdu. Aktivləri dondurulan məmurlar Ukrayna Mərkəzi Bankının keçmiş rəhbəri Yuriy İvanyuşenko, Xarkovun meri Genadi Kernesin, sabiq nazir Aleksandr Klimenko, Prezident Administrasiyasının sabiq rəhbəri Sergey Kluyev, deputatlar Sergey Kluyev, Aleksandr Yefremov, Boris Kolesnikov, sabiq maliyyə naziri Yuriq Kolobov, nəqliyyat naziri Vladimir Kozak, sahibkar Sergey Kurçenko, ədliyyə naziri, Yelena Lukaş, dövlət başçısının müşaviri, Andrey Portnov, kənd təsərrüfatı naziri Nikolay Prisyajnikov, baş prokuror Viktor Pşonki və onun oğlu Artem, daxili işlər naziri Viktor Ratuşyanko idi.
  4. Avropa Parlamenti Avropa Birliyinə girişi qadağan olan və bank hesabları dondurulan şəxslərin siyahısını təqdim etmişdi. Siyahıda 32 Rusiya vətəndaşı sırasında Moskvadakı “Motrosskaya tişina” həbsxanasının rəisi, əslən azərbaycanlı olan Fikrət Tağıyevin adı da yer almışdı.
  5. ABŞ dövlət orqanları Qırğızıstanın eks-prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev 70 milyon dollardan çox bank hesablarını dondurmuşdu. Xatırladaq ki,  oğul Bakiyev, Qırğızıstan hüquq-mühafizə orqanları tərəfindən maliyyə fırıldaqçılığı və çirkli pulların yuyulmasında günahlandırılmış, 2013-cü ilin yazında 25 il müddətinə qiyabi azadlıqdan məhrum edilmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər