10 C
Baku
Friday, December 13, 2024

Dondurulmuş vəsaitlərin istifadəsinə başlandı

İqtisadiyyat Nazirliyinə tapşırıqlar üzrə əvvəlki illərin büdcəsindən dondurulmuş 76 mln. 219 min 809 manat vəsaitdən 2016-cı ilin 12 ayı ərzində 17 mln. 516 min 513 manat təyinatı üzrə istifadə edilib.

O cümlədən bərk tullantıların vahid idarəçiliyi layihəsi üçün əlavə maliyyələşdirilmə layihəsində Azərbaycan tərəfinin payı üçün nəzərdə tutulmuş 47 min 970 manat vəsaitdən 44 min 554 manat, Sumqayıt Kimya Sənaye Parkının yaradılması işlərinin həyata keçirilməsi ilə bağlı xərclər üçün nəzərdə tutulmuş 18 mln. 710 min 200 manat vəsait vəsaitdən 2 mln. 774 min 191 manat, metallurgiya sənayesinin yaradılması işləri ilə əlaqədar nəzərdə tutulmuş 29 mln. 49 min 753 manat vəsaitdən 5 mln. manat, bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi üçün nəzərdə tutulmuş 6 mln. 168 min 309 manat vəsaitdən 6 mln. 155 min 630 manat, biometrik pasportların alınması və tədarükü üçün ayrılmış 2 mln. 270 min manat vəsaitdən 2 mln. 58 min 826 manat və Mingəçevir Sənaye Parkının yaradılması işləri üçün nəzərdə tutulmuş 1 mln. 996 min 636 manat vəsaitdən 1 mln. 483 min 312 manat təyinatı üzrə istifadə olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər