15 C
Baku
Sunday, November 24, 2024

Donetskdə 30 terrorçu bir bankı qarət etdi

Donetskdə 30-a yaxın silahlı terrorçu şəhər mərkəzində yerləşən bir bankı qarət edib.

Məlumata görə, bu zaman silahlılar iki bank işçisini girov götürüb. Ukrayna xüsusi təyinatlıları dərhal anti-terror əməliyyatı keçirərək dəstəni zərərsizləşdirib.

Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dəstənin yeddi üzvü həbs edilərək nəzarətə alınıb.

Onlardan iki ədəd Kalaşnikov avtomatı, ov tüfəngi və iki tapança müsadirə olunub.Dəstənin digər üzvlərinin həbs edilməsi üçün axtarış-istintaq tədbirləri davam edir.

Son xəbərlər
Digər xəbərlər