13 C
Baku
Tuesday, May 7, 2024

Donetskdə Rusiyanın nəzarətindəki ərazidə neft anbarı atəşə tutulub

Ukraynanın Donetsk regionunun Rusiyanın nəzarətindəki Makeyevka şəhərində neft anbarını atəşə tutması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

CNN-in xəbərinə görə, bu barədə “Donetsk Xalq Respublikası”nın Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, anbarın atəşə tutulması nəticəsində ümumi həcmi 5 min kubmetr olan dörd geniştutumlu yanacaq çəni alışaraq yanıb.

Yayılan görüntülərdə ərazidəki yanacaq daşıyan maşınların da yandığı əks olunub.

Ukrayna Silahlı Qüvvələri ittihama cavab verməyib.

Mənbəapa.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər