Ukraynanın Donetsk vilayətindən məcburi təxliyə başlayıb.
Bu barədə məlumatı Baş nazirin müavini İrina Vereşçuk “Telegram” kanalında yazıb.
“Donetsk vilayətindən məcburi təxliyə başlayıb. İlk qatar bu gün səhər saatlarında Kropivnitskiyə gəlib. Qadınlar, uşaqlar, qocalar, çoxlu sayda hərəkət imkanları məhdud insanlar… Hamı qarşılanıb, yerləşdirilib, hamıya kömək edilib”, – Vereşçuk bildirib.
Nazir müavini xüsusilə yerli xidmətlərə, beynəlxalq təşkilatlara və könüllülərə təşəkkür edib.
Qeyd edək ki, iyulun 29-da Ukrayna Nazirlər Kabineti Donetsk vilayətinin sakinlərinin təxliyəsi üçün qərargah yaradıb. Qış fəsli başlamadan əvvəl Donetsk vilayətinin işğal olunmamış ərazilərindən əhalinin məcburi təxliyəsini tətbiq edəcək.
Bundan öncə Ukrayna Prezident Volodimir Zelenski Donetsk təxliyə ilə bağlı qurumlara əmr verib.