12 C
Baku
Saturday, November 23, 2024

Dörd günlük iş rejimi. İş həftəsini kim və nə məqsədlə qısaldır

1930-cu ildə ingilis iqtisadiyyatçısı John Maynard Keynes proqnoz etmişdir ki, 2030-cu ildə insanlar həftə içi yalnız 15 saat işləyəcəklər. Maynard hesab edirdi: hər bir kəs əsas ehtiyaclarını ödəmək üçün lazımı məbləği qazandıqdan sonra, iş həftəsi 2-3 günə qədər qısalacaq. Asudə vaxtı isə insanlar istirahət edəcəklər.

Hər şey nədən başladı

Dörd günlük iş mövzusu, ilk dəfə 1950-ci illərdə ABŞ-da müzakirəyə çıxarıldı. 1954-cü ildə hətta prezident Nikson, insanlara dörd günlük iş həftəsini vəd edib. Sona bu ideya unuduldu və yalnız 1970-ci illərdə yada düşdü. Belə ki, 1971-ci ildə korporativ menecment məsləhətçisi olan Riv Pur, “iş və istirahət inqilabı haqqında”  “4 gün, 40 saat” adlı kitabını nəşr etdi. O yazırdı ki, dörd günlük iş həftəsi, işçilərin effektivliyini və şirkətin mənfəətini artıracaq. Pur hesab edir ki, gündə 10 saat olmaqla, iş həftəsi 4 gündən ibarət olmalıdır.

Sübut kimi, o, Kyanize Paints boya istehsalçısını misal çəkir. Şirkət dörd günlük iş həftəsinə keçərək, istehsal həcmi və gəlirini artırmaqda müvəffəq ola bilmişdir. Xatırladaq ki, söhbət iş saatlarının yox, iş günlərinin azaldılmasından gedir. Kitab dünya üzrə bestsellerə çevrildi, lakin orada yazılmış fikirlər yalnız kağız üzərində qaldı.nvvhv

Təcrübələrdən sonra

Əvvəlki dövrlərdən fərqli olaraq, müasir yanaşma iş saatlarının azaldılmasını nəzərdə tutur. Bu mövzunu əhatə edən təcrübələr, dünya üzrə bir sıra şirkətlər tərəfindən daim keçirilir. Ən sonuncu və uğurlu eksperimentlərdən biri 2018-ci ildə keçirilmişdi (Perpetual Guardian şirkəti).

Ümumilikdə şirkətin 240 əməkdaşı iki ay ərzində (mart ayından aprel ayına kimi) dörd günlük iş həftəsinə keçərək, eyni əmək haqqını almağa davam edirdilər. Təcrübəyə şirkətin təsisçisi Andrew Barnes və Oklend universitetinin professoru Jarrod Haar nəzarət edib.

Haar aşkar etmişdir ki, işçilərin məmnuniyyəti yüksəlib. Belə ki, onlar qarşılarına qoyulan vəzifələri daha həvəsli şəkildə yerinə yetirməyə çalışırdılar. Əməkdaşlardan 187 nəfər (78%) hiss edirdi ki, yeni qrafik onlara iş və şəxsi həyat arasında balans saxlamağa kömək edir. Beş günlük iş həftəsində belə əməkdaşların sayı 130 (54%) olmuşdur. Kollektiv daxilində stressin səviyyəsi 7% düşdü, ümumi məmnuniyyət isə 5% artdı. Keçirilmiş eksperiment uğurla nəticələndi.

2018-ci ilin oktyabr ayından başlayaraq isə şirkət dörd günlük iş həftəsinə keçdi. Yeni Zelandiyanın əmək münasibətləri naziri olan  Ian Lis Galloway, bu yanaşmanı “çox maraqlı” kimi adlandırıb qeyd etmişdir ki, məhsuldarlığı artmasına kömək edən əmək modellərini hər zaman təşviq edir.

Digər bir misal – The Wellcome Trust beynəlxalq xeyriyyə fondudur. Hal-hazırda, şirkətin 800 nəfər əməkdaşı var, onun investisiya portfeli isə 33,6 milyard dollar təşkil edir.

2019-cu ildə fond dörd günlük iş modelinə keçməyi planlayır, sınaq müddəti bir neçə ay davam edəcək. Nəticələr müsbət olduğu halda, şirkət daimi olaraq dörd günlük iş həftəsinə keçəcək.

Niyə hər kəs dörd günlük iş həftəsinə keçmir

Eksperimentlərin hamısı uğurlu olmamışdı. Bəzən əməkdaşların əhval-ruhiyyəsi yaxşılaşırdı, məhsuldarlıq isə aşağı düşürdü. Bu, əhəmiyyətli maliyyə xərclərinə gətirib çıxarırdı.

5645İş vaxtının azaldılmasına dair ən çox eksperiment keçirən ölkə İsveçdir. 2017-ci ildə Goetheburg şəhərində belə bir təcrübə keçirilmişdi: Svartedalen qocalar evində işləyən 68 tibb bacısının iş günü 6 saata qədər azaldılmışdır. Təcrübənin nəticələri birmənalı olmadı. Bir tərəfdən bu təcrübəni uğurlu adlandırmaq olar: tibb bacıları özlərini daha yaxşı hiss etməyə başladılar. Digər tərəfdən isə bu eksperiment müəssisəyə baha başa gəlmişdir. Eksperiment bitəndən sonra bu ideyadan imtina olundu.

Bu arada Amazon şirkəti də öz əməkdaşları üçün iş saatlarını azaltmağı planlamışdı, lakin uğursuz bir təcrübədən sonra bu ideyadan daşındı.

Biz nə zaman çox istirahət edəcəyik

Londonun Universitet kollecinin professoru olan Alex Bryson hesab edir ki, yaxın gələcəkdə dörd günlük iş həftəsini realizə etmək mümkün olmayacaq. Belə ki, bu, əlavə xərc tələb edir. Eyni zamanda ehtimal olunur ki, 50-100 ildən sonra bütün şirkətlər bu iş modelinə keçəcəklər.

Bu barədə Alibaba şirkətinin rəhbəri Jack Ma deyir: “Yaxın 30 ildə insanlar gündə 4 saat işləyəcəklər. Mənim babam hər gün 16 saat işləyib və düşünürdü ki çox məşğuldur. Biz həftə içi hər gün 8 saat işləyirik və düşünürük ki çox məşğuluq”.

Son xəbərlər
Digər xəbərlər