Biz seçki proqramı təqdim etmişik ki, sənədə əsasən, 4 il ərzində iqtisadiyyatımız 130 milyard lariyə çatacaq, dövlət büdcəmiz 40 milyard larini keçəcək.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün hökumət administrasiyasında keçirdiyi brifinqdə deyib.
O bildirib ki, cari ilin ilk səkkiz ayının məlumatına görə, bu il ölkədə 10 faizlik iqtisadi artım olub: “Biz əvvəlki 3 ildə orta hesabla 9,7 faiz artım əldə etmişik ki, bu da Avropada və regionda ən yüksək göstəricidir. Bu tempin saxlanılması əsas prioritetlərdən biridir”.
Hökumət başçısı vurğulayıb ki, ölkədə işsizlik və yoxsulluq səviyyəsi 4 faizə enəcək.