8 C
Baku
Thursday, December 12, 2024

Dörd ildir işə düşən şpris zavodu “mayasını” çıxarmaq üzrədir – Sahibinə ₼7.7 mln. üzərində ödəniş!

Pirallahı Sənaye Parkının rezidenti, şpris istehsalçısı “Diamed CO” MMC 2023-cü ili də növbəti xalis mənfəət açıqladı və şirkət təsisçiləri hər il bu zavoddan bəhərlənə bilməkdədirlər.

Banker.az xəbər verir ki, şpris zavodu “Diamed CO” sahiblərinə 2020, 2021, 2022 və 2023-cü il ərzində müvafiq olaraq 1 mln. 91 min manat, 1 mln. 54 min manat, 3 mln. 561 min manat və 2 mln. manat həcmində dividendlər ayırıb. Bu, dörd il üçün ümumilikdə 7 mln. 706 min manatlıq dividend ayrılması deməkdir.

Şpris zavodunun sahibləri isə onu təsis edəndə müəssisəyə 9 mln. 520 min manat nizamnamə kapitalı yatırıblar. Kapitalında əlavə 1 mln. 586 min manat bölüşdürülməmiş mənfəət qalmaqdadır.

“Diamed CO”nun illik audit hesabatına əsasən, şpris istehsalçısı 2020-ci ildə 1 mln. 91 min manat, 2021-ci ili 2 mln. 411 min manat, 2022-ci ili 2 mln. 177 min manat və 2023-cü ili 3 mln. 560 min manat xalis mənfəət əldə edib. Bu illər ərzində cəmi 9 mln. 239 min manat xalis mənfəət edib.

Hökumətin sənaye parklarının rezidentlərinə vergi güzəşti edir. Bu güzəştlər 2021-ci il və 2026-cı ili əhatə edir. Məsələn, normal halda şirkətlər il üzrə mənfəətindən (gəlir) vergisindən dövlətə 20% vergi ödəməli olduğu halda, bu şirkətlər bu öhdəlikdən azaddır. Hazırkı vəziyyətə görə, vergi güzəşti “Diamed Co”nu təqribən 1 mln. 45 min manatlıq mənfəətinə qənaət etməsinə səbəb olub.

Xatırladaq ki, “Diamed Co” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb, 9 519 934 manat nizamnamə kapitalı var. Müəssisədə İsveçrə, Almaniya, Yaponiya və qabaqcıl Avropa ölkələrinin texnologiyaları əsasında müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı həyata keçirilir. Zavod 50 işçiyə sahibdir və illik istehsal gücü 150 milyon ədəddir.

Son xəbərlər
Digər xəbərlər