25 C
Baku
Saturday, July 27, 2024

Dörd insan ölkəni necə dəyişə bilər?

Adi insanların bütün ölkədə hökm sürən ədalətsizliyə necə təsir edə bilməsinə dair parlaq nümunə

1 fevral 1960-cı ildə dörd afroamerikalı tələbə Qrinsboro şəhərinin Woolworth’s super-marketinin balaca bir kafesində bir masa arxasında əyləşirlər. Oğlanlar içmək üçün qəhvə sifariş edir. Kafenin ofisiantı isə onlara bildirir ki, qaradərililərə xidmət etmək fikri yoxdur və yaxşı olar ki, öz xoşları ilə burdan rədd olub getsinlər.

Amma dörd gənc oğlan qərar verir ki, kafe bağlanana qədər oturub gözləsin, onları qovmağa kafe sahibinin haqqı çatmırdı.

Növbəti gündə isə stolun arxasında artıq 12 qaşqabaqlı qara dərili oturmuşdu, daha bir gün sonra isə onların sayı 60-a çatırdı. Dördüncü gündə isə kafedə artıq 400 afroamerikalı var idi. Onlar kafedəki bütün yerləri tutmuş, bəziləri isə hətta kafenin həyətində və küçədə yerləşmişdi. Woolworth’s rəhbərliyi həyəcan siqnalını işə saldı

Bütün ölkə ərazisini yenidən afroamerikalıların etiraz dalğası bürüyür, ABŞ müəssisələri isə irqi ayrıseçkilik salan bütün qaydaları ləğv etməyə başlayır. Dörd il sonra isə məşhur Civil Rights Act qəbul olundu və bu akt irqi diskriminasiyanı qadağan edirdi.

Budur onlar, «Qrinsboroda əyləşənlər”. Məhz onlar etiraz dalğasının katalizatoru qismində çıxış ediblər. Belə bir miqyasda etiraz dalağına isə hakimiyyət artıq məhəl qoymaya bilməzdi.

Qrinsboroda həmin dörd oğlanın əyləşdiyi masa və kafenin piştaxta hissəsi hazırda Smitstoun adına Amerika tarixi institutunun Milli muzeyində saxlanılır. Dörd insan da dünyanı dəyişə bilər.

Son xəbərlər
Digər xəbərlər