6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Dörd İT nəhənginin qurucularının sərvəti bir həftədə 9 mlrd. dollar azalıb

Dörd İT şirkətinin qurucuları olan Ceff Bezos, Mark Çukerberq, Sergey Brin və Larri Peycin sərvəti bir həftədə 8,5 milyard dollar azalıb.

Banker.az xəbər verir ki, bu barədə “Forbes” yazıb.

Mütəxəssislərin vurğuladığı kimi, bunun səbəbi milyarderlərin kapitalını təşkil edən texnologiya şirkətlərinin (“Amazon”, “Facebook”, və “Google”) səhmlərinin ucuzlaşması olub.

Beləliklə, dünyanın ən zəngin adamı Ceff Bezosun sərvəti 2,4 milyard dollar (182,2 milyard dollar), Mark Çukerberqin – 2,2 milyard dollar (100,5 milyard dollar), Larri Peycin və Sergey Brinin – 2 milyard dollar və 1,9 milyard dollar (78,2 milyard dollar və 76 milyard dollar) azalıb.

Son xəbərlər
Oxşar xəbərlər