15 C
Baku
Saturday, April 20, 2024

Dörd ölkədən dollara ciddi zərbə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dollarla bağlı oyununu pozmaq qərarına gəlib.

Türkiyə, Rusiya, İran Çin qarşılıqlı ticarətdə dollardan imtina edərək öz valyutalarından istifadə edə bilərlər. Sputnik-in Hurriyet-ə istinadən verdiyi məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Biz Rusiya, Çin və İran ilə alış-verişimizi yerli pulla həyata keçirmək üçün addımlar atdıq. Sabah axşam baş nazirimiz Rusiyaya gedir. Oralarla ticarətimizi yerli pulla həyata keçirmək üçün addımlar atacağıq. Onlardan nəsə alsaq onların pulu ilə, onlar bizdən alanda bizim pulla alacaqlar. Mərkəz bankına təlimat verdik.

Buna da bax: Ərdoğan Putinə hesablaşmaları milli valyutalarla aparmağı təklif edib

Bu oyunlar tutmayacaq. Biz də öz oyunumuzu oynayacağıq”, deyə Ərdoğan bəyan edib. Türkiyə prezidenti həmçinin vətəndaşlara evlərində saxladıqları dollarları qızıla və türk lirəsinə dəyişməyi təklif edib.

Son xəbərlər
Digər xəbərlər