12 C
Baku
Wednesday, April 24, 2024

Dörd rayona polis rəisləri təyin olundu

Lerik Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis polkovniki Ayaz Cəfərov təyin olunub.

Xatırladaq ki, A.Cəfərov bir neçə ay əvvəl İmişlı rayon Polis Şöbəsinin rəisi vəzifəsindən çıxarılmışdı.

Bundan əlavə, Goranboy rayon Polis şöbəsinə də yeni rəis təyin olunub.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Qədirov Ramin Əhmədağa oğlu Goranboy rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

R.Qədirov bu təyinata kimi Qəbələ rayon Polis şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər nazirinin əmri ilə Goranboy rayon Polis şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilmişdi.

Ramil Usubovun əmri ilə Beyləqan rayon Polis şöbəsinin rəisi, polis polkovniki Füzuli Şixəliyev vəzifəsindən azad olunaraq İmişli rayon Polis şöbəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vüqar Əliyev Oğuz rayon Polis şöbəsinin rəisi təyin olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər