Dekabrın 16-da günün ikinci yarısından etibarən Biləsuvar, Neftçala və Salyan rayonlarının qaz təchizatı tam olaraq bərpa edilib.
Cəlilabad rayonunun isə bir hissəsinə qazın verilişi bərpa olunub.
Qeyd edək ki, “Astara-Qazməmməd” magistral qaz kəmərində aparılan təmir və yeni çəkilən boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə dekabrın 13-də Biləsuvar, Neftçala, Salyan və Cəlilabad rayonlarının qaz təchizatı dayandırılmışdı.