3 C
Baku
Cümə, Yanvar 21, 2022

Dördgünlük iş həftəsi karbon emissiyasını 20%-dən çox azalda bilər – Tədqiqat

“Platform London” təşkilatının “4 Day Week Campaign” hesabatına görə, İngiltərədə dördgünlük iş həftəsi 2025-ci ilə qədər karbon qazı tullantılarını 127 milyon ton və ya 20%-dən çox azalda bilər.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, Londonda sərnişinlərin üçdə birindən çoxu hələ də şəxsi avtomobildən istifadə edir. Avtomobil işə gediş-gəliş üçün ən populyar nəqliyyat növü olaraq qalır.

İctimai nəqliyyata potensial təsir göstərə biləcək distant iş rejimindən fərqli olaraq, dördgünlük iş həftəsi avtobus və metroya tələbi qoruyub saxlayacaq. Bundan əlavə, elektrik enerji istehlakçı aşağı düşəcək. Mütəxəssislərin fikrincə, hibrid distant iş əks təsirə malikdir: ofis hər zaman açıq olur, nəticədə elektrik enerji xərci artır. Dördgünlük iş həftəsi zamanı isə ofis əlavə bir gün tamamilə bağlı qalır.

Standart iş həftəsi həm yanacaq istehlakına, həm də karbon qazı tullantılarının miqdarına təsir göstərir.

Qeyd edək ki, dördgünlük iş həftəsi təkcə ayrı-ayrı şirkətlər deyil, həm də ölkələr tərəfindən tətbiq edilir. Məsələn, İspaniya və Şotlandiya dördgünlük iş günü layihəsini işə salıb.

Son xəbərlər
Oxşar xəbərlər