Buddizmə məxsus zülmə qarşı fəaliyyətsizliyi təcəssüm etdirən 3 müdrik meymunu yəqin ki, bir çoxlarınız artıq tanıyırsınız: zülmü görməyən, zülmü eşitməyən, zülm haqqında susan. Mi-dzaru, Kida-dzaru və İva-dzaru ağızlarını, gözlərini və qulaqlarını örtərək zülmdən “gizlənirlər”. Onların təsvirlərinə bir çox yerlərdə rast gəlmək mümkündür.
Lakin məşhur olan bu 3 müdrik meymunla yanaşı, təsvirinə çox nadir hallarda rast gəlinən 4-cü müdrik meymun da mövcuddur. Unudulmuş Sedzaru “zülm törətməmək” prinsipini əks etdirir və əllərini bir növ gizlədir. Yaponlar 4 rəqəmini uğursuz hesab etdiklərindən, 4-cü meymun çox nadir hallarda xatırlanır.
“Üç meymun” hələ XVII əsrdə Yaponiyanın Nikko şəhərində yerləşən Tosegu sintoist məbədinin qapıları üzərində təsvir edilmişdi. Əksər hallarda simvolun yaranma tarixçəsi Kosin adlı xalq inancları ilə əlaqələndirilir.