9 C
Baku
Thursday, December 12, 2024

Dördüncü sənaye inqilabı: necə yaşayaq ki, müvəffəqiyyət qazanaq

Sürətlə inkişaf edən texnoloji inqilab şəraitində, bir çox təşkilatlar mürəkkəb yenidənqurma ilə üzləşəcəklər. “Dördüncü sənaye inqilabı və biznes” kitabının müəllifləri olan Tyu BlummartStefan den Bruk, keçidin daha az ağrılı olmasının yeganə yolu kimi şirkətin ona aid olan sahələrdə irəliləyişin yaxşı başa düşməsini göstərirlər. Lakin, tibb, kimya, fizika, elektronika, biologiya və digər bu kimi elmlərin sürətli şəkildə inkişaf etdiyi bir şəraitdə bu mümkün ola bilərmi? Kitabdan götürülmüş bu parçada müəlliflər bunun yollarını bizə açıqlayırlar. Banker.az olaraq həmin parçanı sizə təqdim edəcəyik.

Dünyada yeridilən inkişaf və yeniliklər ilə ayaqlaşmaq üçün, biznesinizə aidiyyəti olan olan ekosistem ilə əlaqə yaratmaq çox vacibdir. Hər kəs Kaliforniyadakı Silikon Vadisi ilə tanışdır, burada tədqiqatçılar və sahibkarlar öz səylərini birləşdirərək bir-biri ilə rəqabət aparırlar. Eyni zamanda, qiymət zəncirlərinin yaradılmasında zəif nöqtələr üzərində birlikdə işləyir, yeni bazar imkanlarını araşdırıb istismar edirlər.

Yeni ideyaların inkişaf elətdirilməsi üçün istifadə olunan sahibkarlıq meydançaları (və yaxud biznes-inkubatorları) “qarajlar”ın müasir variantını təmsil edirlər. Vaxtı ilə, indi məşhur olan Apple və Hewlett-Packard (HP) kimi şirkətlərin də əsası belə “qarajlar”ın birində qoyulmuşdu. İndiki dövrdə Johnson & Johnson və Samsung kimi böyük korporasiyalar, yaradıcı ağılları həvəsləndirmək və onlara maliyyə dəstəyini vermək üçün xüsusi dayaq meydançalarını yaradıblar.

Bu fikrin əsas ideyası fəaliyyətdə olan biznes-modelləri təkminləşməyə yönəltməkdən ibarətdir. Meydançalar komandaya gecə və gündüz optimal şəkildə işləmək üçün geniş imkanlar yaradır və yaradıcı yanaşmanı stimullaşdırır.

Bir çox region və şəhərlər yeni ekosistemləri uğurla inkişaf etdirməklə Silikon Vadisinin yanaşmasını kopyalamağa çalışır. Buna misal olaraq, Tel-Əvivdə (İsrail) ağıllı proqram və süni zəkanın inkişaf etdirilməsinə yönəldilmiş ekosistemin yaradılmasını göstərmək olar.

Hollandiyanın kiçik ərazisinə baxmayaraq, orada da bir neçə dünya üzrə məşhur olmuş ekosistem var. Onların ən görkəmlisi isə Texniki Universitetin Eindhoven High-Tech Kampusudur.

Hər yeddi dəqiqədən bir bu kampusda yeni bir patent qeydə alınır, bu isə təcrübə mübadiləsinin, fərdi tədqiqatçılar və sahibkarların böyük bir əməyin nəticəsidir. Bu böyük komandanın üzvləri müxtəlif yerlərdə yaşayır və işləyirlər, lakin onlar daim bir-biri ilə ünsiyyət saxlamaqla fikir mübadiləsi üçün əlverişli şərait yaradıblar.

Digər bir nümunə Gelendəki Kemelot kampusudur, burada hər gün səhiyyə sahəsinə aid gözəl fikirlər təklif olunur. Vageningen kampusu isə uzun illərdir ki toxum istehsalı ilə məşğul olmaqla, məhsulun keyfiyyətini və həcmini artırmaq üzərində çalışır.

Yaxın gələcəkdə bu “yerli” ekosistemlər öz sahəsinin oyunçularını birləşdirən qlobal şəbəkə yaradacaqlar. Əgər şirkət bu ekosistemlərdən biri ilə əlaqə yaradıb onun fəaliyyətində aktiv iştirak edərsə, öz coğrafiyasını dünya üzrə genişlənləndirmək imkanını qazanacaq.

Bir şirkət ekosistemə qoşulmaq üçün bir neçə yolu nəzərdən keçirə bilər. O, kampusda ofis inkubatorunu icarəyə götürə bilər və işində davamlı iştirak edən aktiv və istedadlı işçiləri müəyyən edə bilər, və yaxud həftədə bir neçə dəfə işçilərin birinə müvafiq kollecdə və ya universitetdə müəllim kimi işləməyi təklif edə bilər. Bütün bunlar müəyyən “əlaqələr” yaratmış olur, bu əlaqələr isə öz növbəsində əməkdaşlığı stimullaşdırır.

Son xəbərlər
Digər xəbərlər