Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurası üzvlərinin sayı artırlılıb.
Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bu gün fərman imzalayıb.
““Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli 1245 nömrəli Fərmanının 2.2-ci bəndində “3 (üç)” sözləri “5 (beş)” sözləri ilə əvəz edilsin”- deyə fərmanda deyilir.
Qeyd edək ki, həmin bənddə deyilirdi ki, Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək məqsədilə 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Bu mərkəz 2021-ci ilin yanvarında, qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə yaradılıb.